Modern.az

Konteyner anbarı yandı: 15 ölü, yüzlərlə yaralı

Konteyner anbarı yandı: 15 ölü, yüzlərlə yaralı

Aktual

5 İyun 2022, 09:24

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

 

Məlumata görə, yanğın zamanı 15 nəfər ölüb, daha 200-ə yaxın insan yaralanıb.

 

Yanğınsöndürmə briqadası hadisəyə müdaxilə edən 4 əməkdaşının da yaralandığını açıqlayıb. Yaralıların müalicəsinə şəhərdəki hərbi xəstəxana dəstək verir.

 

Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada