Modern.az

Oğurladığı televizorla özünü 5-ci mərtəbədən atdı 

Oğurladığı televizorla özünü 5-ci mərtəbədən atdı 

Aktual

5 İyun 2022, 10:12

Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

 

Məlumata görə, 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

 

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

Sizə yeni x var
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada