Modern.az

Prezidentin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə GÖRÜŞDÜ

Prezidentin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə GÖRÜŞDÜ

Aktual

7 İyun 2022, 08:02

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Twitter“ səhifəsində məlumat paylaşılıb.

 

“Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki ölkə arasında qardaşlıq münasibətlərini bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.

 

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...