Modern.az

“İrəliləyiş var, topu hara gəldi vurmuruq” - De Byazi

“İrəliləyiş var, topu hara gəldi vurmuruq” - De Byazi

Aktual

7 İyun 2022, 08:55

Oyuna pozitiv şəkildə başladıq. Qazaxıstanla oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticə baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik.

 

Modern.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində Serbiyanın Novi Sad səhərində futbol üzrə Belarus yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis komandanın oyunundan razı qaldığını bildirib:

 

"Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kim inkişaf edirik. Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq".

 

Qeyd edək ki, Belarus – Azərbaycan matçında hesab açılmayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı