Modern.az

Sel Ankaranı cənginə aldı: 1 nəfər itkin düşdü

Sel Ankaranı cənginə aldı: 1 nəfər itkin düşdü

Aktual

12 İyun 2022, 11:58

Türkiyənin paytaxtı Ankarada əsən güclü külək, leysan yağışları və selin yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür. Təbii fəlakət nəticəsində onlarla avtomobilə, yaşayış binasına və digər tikililərə zərər dəyib. Bir nəfər itkin düşüb.

 

Modern.az xəbər verir ki, Ankara valisi Vasip Şahinin məlumatına görə, ev, iş yerləri və yollar daxil olmaqla 300 bölgədə sel basması, 35 ağac aşması, 23 çardaq uçması, 3 elektrik dirəyinin devrilməsi faktı qeydə alınıb.

 

Köməksiz vəziyyətdə qalan 35 nəfər xilas olunub. 

 

Son məlumata görə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Ankara Böyükşəhər bələdiyyəsinin qüvvələri xilasedici, təmizlik və bərpa işlərinə cəlb olunub.

 

İncesu və Karapürçek bölgələrində təhlükədə olan beş uşağın həyatı xilas edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı