Modern.az

Məşhur jurnalist dünyasını dəyişdi

Məşhur jurnalist dünyasını dəyişdi

Aktual

12 İyun 2022, 15:47

Məşhur sovet jurnalisti İqor Dudinski 75 yaşında vəfat edib.

 

Modern.az-ın məlumatına görə, onun qızı, rejissor Valeriya Qay Germanika atasının ölüm xəbərini təsdiqləyib.

 

Bildirib ki, atası ilə uzun müddət əlaqə saxlamadığı üçün ölüm səbəbi ona məlum deyil. 

 

Ömrünün son günlərində Dudinski 2022-ci il iyunun 8-dən "infeksion-toksik şok" diaqnozu ilə Moskva klinikalarından birinin reanimasiya şöbəsində olub.

 

İqor Dudinski 31 mart 1947-ci ildə anadan olub. Dissident hərəkatında fəal iştirak edib. “Moskva danışır və göstərir” qəzetində köşə yazarı işləyib, sonra bir sıra mərkəzi sovet nəşrləri ilə (“Oqonek”, “Sovet mədəniyyəti”) müxbir kimi əməkdaşlıq edib. 2007-ci ildə "Moskva müxbiri" qəzetinin baş redaktorunun birinci müavini olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı