Filippinin Luson adasının sahillərində 6,1 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Şimali İlokos əyalətinin 102 min əhalisi olan Laoaq şəhərindən 121 kilometr şimal-şərqdə, ocağının 60 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib, sunami xəbərdarlığı elan edilməyib.