Modern.az

Terrorçular pusqu qurdu - 30 əsgər öldürüldü 

Terrorçular pusqu qurdu - 30 əsgər öldürüldü 

Aktual

3 İyul 2022, 10:14

Nigeriyanın Niger ştatının Şiroro rayonunda “Boko Haram” terrorçularının şaxtaya hücumu zamanı azı 30 əsgər həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əsgərlər bir neçə gün əvvəl terrorçuların oğurladıqları mədənçilərin axtarışı üçün əməliyyat aparırmış.

 

Yaraqlılar pusqu quraraq üç yük maşını ilə gedən hərbçilərə hücum ediblər.

 

Qeyd olunub ki, yaraqlılar motosiklet və yük maşını ilə hərəkət ediblər. Şaxtada pusqu qurmazdan əvvəl onlar binanı mühafizə edən 7 polisi öldürüblər. Bundan əlavə, səkkiz mülki şəxs güllələnib, çinli işçilər isə qaçırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı