Modern.az

Türkiyə yeni raketini sınaqdan keçirdi

Türkiyə yeni raketini sınaqdan keçirdi

Aktual

3 İyul 2022, 10:34

Türkiyə quruda mobil raket sistemindən atılan ATMACA idarə olunan raketi ilə Qara dənizdə müəyyənləşdirilmiş hədəfi vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

 

ATMACA idarə olunan raketi ilk dəfə qurudan idarə olunan raket sistemindən dənizdəki hədəfi məhv etmək üçün buraxılıb. Türkiyənin gəmi əleyhinə ilk raketi olan ATMACA uzaq məsafədə hədəfi dəqiqliklə vurub.

 

“Roketsan” şirkətinin istehsalı olan ATMACA 200 km məsafədə hədəfi məhv etməyə qadirdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı