Almaniyada LGBT icmasına dəstək məqsədilə məscidin divarlarına təşkilatın bayrağı asılıb.
Modern.az xəbər verir ki, hadisə Berlinin mərkəzi Moabit rayonundakı İbn Rüşd-Höte məscidində baş verib.
İbadətgah üzərində göy qurşağı rənglərini özündə əks etdirən bayraq dalğalanmağa başlayıb. Aksiya iştirakçıları geyimlərinə “Sevgi halaldır” yazısı olan stikerlər yapışdırıblar.
Məlumata görə, LGBT bayrağı iyulun sonuna kimi orada asılı qalacaq.