Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa yollanıb.
Modern.az gazeta.uz-a istinadən xəbər verir ki, Mirziyoyev şənbə günü kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaqıstanın paytaxtında olub və gecə saatlarında qayıdıb.
Hazırda Nukusda sakitlikdir, küçədə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhduddur. Mobil rabitə işləyir.
Xatırladaq ki, respublikada iğtişaşlar sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda baş verib.