Modern.az

Pakistanda dəhşətli qəza - 19 ölü, 12 yaralı

Pakistanda dəhşətli qəza - 19 ölü, 12 yaralı

Aktual

3 İyul 2022, 14:04

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 19 nəfər həlak olub. Eyni zamanda 12 nəfərin yaralandığı bildirilir.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, qəzaya sürücünün yağışlı havada sürəti artırması və idarəetməni itirməsi səbəb olub.

 

Zərər çəkənlər yerli xəstəxanalara aparılıb. Onların bir neçəsi ağır vəziyyətdədir.

 

Agentliyin məlumatına görə, Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 nəfər olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı