Modern.az

Türkiyədə 3 kənddə küçəyə çıxmaq qadağan edildi

Türkiyədə 3 kənddə küçəyə çıxmaq qadağan edildi

Aktual

3 İyul 2022, 18:19

Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə növbəti xəbərdarlığa qədər küçəyə çıxmaq qadağan olunub.

 

Modern.az xəbər verir ki, 5442 saylı Bölgə İdarəetmə Qanununun 11/C maddəsinə uyğun olaraq 3 iyul 2022-ci il bazar günü saat 12:00-dan (Bakı vaxtilə saat 13.00-dan – red.) növbəti xəbərdarlığadək komendant saatı elan edilib. Tədbirdə məqsəd sözügedən bölgələrdə xalqımızın can və mal təhlükəsizliyini təmin etməkdir”, - deyə yerli hakimiyyət qurumlarından yayılan bildirişdə qeyd olunub.

 

Məlumata görə, Sallıca, Özekli və Təknəcik kəndləri ərazisində separatçı terror təşkilatı üzvləri sığınacaqlar qurub. Hazırda ərazidə xüsusi antiterror əməmliyyatları keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı