Modern.az

Rəcəbov macarıstanlı şahmatçıya qarşı - 500 minlik yarış

Rəcəbov macarıstanlı şahmatçıya qarşı - 500 minlik yarış

Aktual

4 İyul 2022, 08:38

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 14-cü turun oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov son turda macarıstanlı Riçard Rapportla mübarizə aparacaq.

 

Qeyd edək ki, yarışın başa çatmasına 1 tur qalmış 9 xal toplayan Yan Nepomnyaşi (FİDE) iddiaçılar turnirinin qalibi olub. T.Rəcəbov 6,5 xalla 4-cü sırada qərarlaşıb.

 

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!