Modern.az

Füzulidə mühəndisi “tok” vurub öldürdü

Füzulidə mühəndisi “tok” vurub öldürdü

Aktual

4 İyul 2022, 09:15

İyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Füzuli rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.


Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı