Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov Kalininqrad vilayətinin adının dəyişdirilməsi barədə təklif verib.
Modern.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, siyasətçi təklif edib ki, Kalininqrad şəhərinə Vladibaltiysk, Kalininqrad vilayətinə isə Baltikyanı ərazi adını vermək olar.
"Bu addan dərhal aydın olur ki, söhbət vətənimizin ucqar qərb sərhəddində, Sakit okeandan Baltikə qədər uzanan forpostdan gedir", - Dövlət Dumasının deputatı deyib.
Xatırladaq ki, düz 76 il əvvəl, 1946-cı il iyulun 4-də Köniqsberq vilayətinin adı dəyişdirilərək Kalininqrad adlandırılıb.
Bu il iyunun 8-də Litva Avropa İttifaqının sanksiyalarına məruz qalan bir sıra malların Kalininqrada tranzitini dayandırıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva Kalininqradın nəqliyyat blokadası ilə bağlı vəziyyətdə qərarlıdır, lakin qərar qəbul etməyə tələsmir.