Modern.az

Yanacaq satışında problem var? - AÇIQLAMA

Yanacaq satışında problem var? - AÇIQLAMA

Aktual

4 İyul 2022, 22:38

Sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, "SOCAR PETROLEUM" QSC məsələ ilə bağlı açıqlama yayıb.

 

Qurumun mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

 

"Bildiririk ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir", - deyə Ü.Həbibbəyli qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə