Modern.az

"Qarabağ" bu gün cavab görüşünə çıxır

"Qarabağ" bu gün cavab görüşünə çıxır

Aktual

12 İyul 2022, 09:29

UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.

 

Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Dəhşətli döyüşlər gedir