Modern.az

Cəbhədə atışma: əsgərimiz yaralandı

Cəbhədə atışma: əsgərimiz yaralandı

Aktual

27 Mart 2013, 10:15

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə ötən gün cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, dünən cəbhənin sözügedən istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.  

Modern.az  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı