Modern.az

Sumqayıt Təhsil Şöbəsinə müdir tapılmır

Sumqayıt Təhsil Şöbəsinə müdir tapılmır

Aktual

27 Mart 2013, 11:49

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsi hələ də boşdur. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Modern.az saytına açıqlamasında bildirib ki, o vəzifəyə hələlik heç kim təyin edilməyib.

“Konkret təyinat yoxdur. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin birgə təqdimatı olmalıdır. Bundan sonra isə həmin vəzifəyə təyinat olur” - deyə B.Hüseynzadə vurğulayıb.

 

Qeyd edək ki, bir müddət öncə Sumqayıt şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Mahal Əliyev vəzifəsindən səhhəti ilə əlaqədar istefa vermişdi.

 

Aytən ƏLİYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı