“NUR” Uşaq və Gənclərin İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi təşkil edil etdiyi “Kiber Gənclər ll Düşərgəsi” başa çatıb.
Layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə çün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir. “Cırtdan” Respublika Uşaq İstirahət və
Sağlamlıq Mərkəzində keçirilən düşərgədə 15-18 yaşlı 40 gənc iştirak edib.
3 gün davam edən düşərgədə gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqdsədilə təlimçi və fasilitator qismində ACM Azərbaycan peşəkar bölməsinin üzvü, NEATS şirkətinin direktoru Adil Əliyev, İKT üzrə ekspert, Web Studio şirkətinin rəhbəri Cahid İsmayıloğlu çıxış
etmişlər. Qeyd edək ki, sosial şəbəkədən fəal istifadə edən fəlsəfə doktoru Əhməd Şahidov düşərgənin qonağı olmuş və gənclərlə sosial şəbəkələr və sosial media alətlərindən istifadə ilə bağlı şəxsi təbrübələrini bölüşüblər. Düşərgə innovativ və interaktiv metodlar ilə idarə olunaraq
hər bir iştirakçının fərdi ehtiyaclarını qarşılaya bilmişdir. Sonda düşərgə iştirakçıları diplomlarla təltif olunublar.
Bu layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yaralana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdan ibarətdir.
Düşərgənin iştirakçıları gənclər üçün “Kiber Aktiv Gənclər” adlı bir bloq yaratmışlar. Gəncləri hədəf seçən “Kiber Aktiv Gənclər” bloq vasitəsilə və həmçinin Twitter`də gəncləri maraqlandıran faydalı paylaşımlar edəcək. Növbəti mərhələ olaraq, gənclər bloqun inkişafı və
təkmilləşdirilməsi istiqamətində təşəbbüslərini həyata keçirəcəklər.


Modern.az