"Avropa Cənubi Qafqazda sabitliyi pozmağa çalışır"
Bunu Modern.az-a rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix deyib.
Rusiyalı ekspert iddia edir ki, Qərb ölkələri münaqişələri həll etmir, əksinə alovlandırır.
“Avropa İttifaqı ABŞ kimi indi Kosovo, Ukrayna, Qarabağ və Tayvanda qeyri-sabitlik oxunu gücləndirir. Bu adı çəkilən münaqişə yerləri Avropa tərəfindən daha da alovlandırılır. Brüsseldə artıq neçənci dəfədir ki, danışıqlar aparılır. Lakin hələ sülhə nail olunmayıb. Hesab edirəm ki, Qərb regionda təsirini gücləndirmək istəyir. Məncə, buna yol verilməməlidir və Qərbin təsirinin güclənməsindən qorxmaq lazımdır”, - deyə Anton Bredix Avropa ölkələrinin səmimiyyətinə şübhə ilə yanaşıb.
O, ABŞ-ın da Qarabağ münaqişəsinin həllini istəmədiyini sözlərinə əlavə edib: “İndi ABŞ-da Cənubi Qafqaz üzrə yeni kurator təyin olunub. O, əlindən gələni edəcək ki, yenidən münaqişəni canlandıra bilsin. Başqa yol yoxdur, onlar sülhə qarşıdır”.