Modern.az

Tərtərdə qəbiristanlıqdan oğurluq edildi

Tərtərdə qəbiristanlıqdan oğurluq edildi

Aktual

10 Sentyabr 2022, 11:10

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Borsunlu kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafındakı metal hasarları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

 

Araşdırmalarla onların həmin kənd sakinləri V. Əlizadə, N. Qasımov və Ü. Əlizadə olduqları müəyyən edilib.

 

Faktlarla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!