Modern.az

Millimiz Avropa çempionatının final mərhələsində

Millimiz Avropa çempionatının final mərhələsində

Aktual

10 Sentyabr 2022, 23:25

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatının final mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, komandamız bu nəticəyə təsnifat mərhələsinin son turunun oyununda nail olub.

 

D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib. 

 

Millimiz ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.

 

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı