Modern.az

Elçin Sadıqov azadlıqda - FOTO

Elçin Sadıqov azadlıqda - FOTO

Aktual

17 Sentyabr 2022, 15:48

Ev dustaqlığına buraxılan vəkil Elçin Sadıqov həbsdən çıxıb.

 

Modern.az xəbər verir ki, onun ilk fotosunu jurnalist Pərviz Həşimli paylaşıb.

 

Həbs olunduğu gündən aclıq aksiyasına başlayan vəkilin çəki itirdiyi fotodan aydın görünür.

 

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.


Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda şikayət qismən təmin edilib. Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsasların aradan qalxdığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib.

 

Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı