Modern.az

Hacı Əliyev yarımfinalda uduzdu

Hacı Əliyev yarımfinalda uduzdu

Aktual

17 Sentyabr 2022, 21:53

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələ bilməyib.

 

Modern.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Rəhman Amuzadxəliliyə (İran) uduzub.

 

Hacı Əliyev sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.

 

61 kq-dakı İslam Bazarqanov və 92 kq-dakı Maqomedxan Maqomedov rəqibləri finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak edəcək.

 

Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Radoslav Marçinkieviç (Polşa) ilə üz-üzə gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı