Modern.az

Millimiz Qazaxıstan yığmasına məğlub oldu

Millimiz Qazaxıstan yığmasına məğlub oldu

Aktual

21 Sentyabr 2022, 08:05

Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışını başa vuran futzal üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, yoldaşlıq oyunu 6:5 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

 

Millimizin heyətində Vilela (3), Baton və Emin Kürdov fərqləniblər.

 

Xatırladaq ki, komandalar arasında sentyabrın 19-da keçirilmiş ilk oyun 5:3 hesabı ilə Qazaxıstan yığmasının xeyrinə nəticələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı