Modern.az

İcra başçısı şəhidin 3 mərasimində iştirak edib

İcra başçısı şəhidin 3 mərasimində iştirak edib

Aktual

21 Sentyabr 2022, 09:40

Goranboyda şəhid Yusif Asif oğlu Qurbanovun 3 mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış və  müalicə aldığı Bakı şəhəri Mərkəzi Hərbi Klinik Hospitalda vəfat etmiş, Goranboy rayonu Şəfəq kəndindən Şəhidimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin XTQ mənsublu  giziri Qurbanov Yusif Asif oğlunun 3 mərasimində iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı