Modern.az

İspaniya millisi 19 il sonra evdə uduzdu

İspaniya millisi 19 il sonra evdə uduzdu

Aktual

25 Sentyabr 2022, 10:36

Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda uduzub.

 

Modern.az  xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının V turunda İsveçrə ilə görüşdə başa çatıb.

 

Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasında yenilib.

 

Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.

 

Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı