Modern.az

İrandan İraqa hücum - Qərargahlar bombardman edildi

İrandan İraqa hücum - Qərargahlar bombardman edildi

Aktual

25 Sentyabr 2022, 13:04

İran Silahlı Qüvvələrinin quru qoşunları İraqın şimal regionlarını artilleriya atəşinə tutub.

 

Modern.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) məlumatına görə, İraqın şimalında yerləşən terrorçu qruplaşmaların mövqeləri və qərargahları bombardman edilib.

 

Artilleriya atəşinin nəticələri barədə hələlik məlumat verilmir.

 

İranın rəsmi mediası bildirir ki, bu barədə Sepahın bəyanatla çıxış edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!