Modern.az

Millimiz Qazaxıstanı darmadağın etdi - YENİLƏNİB

Millimiz Qazaxıstanı darmadağın etdi - YENİLƏNİB

Aktual

25 Sentyabr 2022, 21:52

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. 

 

Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib. 

 

"Dalğa Arena"da təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqləniblər. Digər qola Qazaxıstan futbolçusu Aleksandr Maroçkin avtoqolla imza atıb.

 

Qeyd edək ki, 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 10 xalla 2-ci pillədə qərarlaşıb.

 

***

Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycan millisi 67-ci dəqiqədə hesabı açıb. Belə ki, Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqola imza atıb.

 

74-cü dəqiqədə Filip Ozobiç Azərbaycan yığmasının ikinci qolunu vurub. Son dəqiqələrdə Anatoli Nuriyev matçın son qoluna adını yazdırıb.

 

***

 

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb. 

 

Modern.az xəbər verir ki, qarşılaşmada hələ hesab açılmayıb. 

 

Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 

 

***

20:46

 

Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. 

 

Modern.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

 

Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib qırmızı vərəqə alaraq meydandan qovulub. 

 

***

20:01

 

Futbol üzrə Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, matç "Dalğa Arena"da keçirilir.

 

Görüşü Harm Osmersin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.

 

Qeyd edək ki, qrupun digər matçında Slovakiya Belarusla üz-üzə gəlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı