Modern.az

Bakıda üçəm doğulub

Bakıda üçəm doğulub

Aktual

29 Sentyabr 2022, 16:56

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 4 il sonsuzluq sonrası üçəm körpələr dünyaya gəlib.

 

İnstitutdan Modern.az-a verilən məlumata görə, qadın ekstrakorporal mayalanma sonrası hamiləlik, 4 il sonsuzluq, üçəm hamiləlik diaqnozları ilə İnstituta müraciət edib, hamiləliyinin 7-ci həftəsindən etibarən ETMGİ-nin mama-ginekoloqu Leyla Süleymanovanın nəzarətində olub.

 

9 aylıq period zamanı Hamiləliyin Patologiyası şöbəsində stasionar müalicələrlə təmin olunan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar L. Süleymanova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

 

Sağlam şəkildə dünyaya gələn üçəmlər heç bir reanimasion tədbirə ehtiyac olmadan evə yola salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı