Modern.az

“Qarabağ”ın Yunanıstana səfər proqramı 

“Qarabağ”ın Yunanıstana səfər proqramı 

Aktual

4 Oktyabr 2022, 13:18

Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qarabağ” komandasının səfər proqramı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu sabah Yunanıstana yollanacaq.

 

Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Sabah Bakı vaxtı ilə saat 18:30-da ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 23:00-da isə matçın keçiriləcəyi “Georgios Karaiskakis” stadionunda komandanın məşqi reallaşacaq.

 

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı