Modern.az

Səfərbərlikdən qaçan 200 min rusiyalı Qazaxıstana sığınıb

Səfərbərlikdən qaçan 200 min rusiyalı Qazaxıstana sığınıb

Aktual

4 Oktyabr 2022, 14:14

Səfərbərlikdən sonra Qazaxıstana daxil olan Rusiya vətəndaşlarının sayı 200 min nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov bildirib.

 

“Vəziyyət nəzarət altındadır. Sentyabrın 21-dən bəri Rusiyadan ölkəmizə təxminən 200 min nəfər daxil olub, 147 min nəfər isə geri qayıdıb”, - nazir deyib.

 

Onun sözlərinə görə, sərhədi keçən insanlar üçün heç bir məhdudiyyət tətbiq olunmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı