Modern.az

“Milyonlarla dollara silah ala bilmirik” – Erməni spiker

“Milyonlarla dollara silah ala bilmirik” – Erməni spiker

Aktual

4 Oktyabr 2022, 16:28

“Ermənistanın milyonlarla dollar qarşılığında Rusiyadan niyə silah tədarük etmədiyini deyə bilmərik”.


Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

 

Onun sözlərinə görə, bütün böyük dövlətlərin, o cümlədən Rusiyanın öz maraqları var:


“Silah satışı da bu maraqlardan ola bilər. Mən deyə bilmərəm ki, Baş nazir o gün Rusiyanı nəzərdə tuturdu. Əgər həqiqətən belə bir şey varsa, deməli, bu, Ukraynada baş verənlərlə bağlıdır”.

 

Qeyd edək ki, Nikol Paşinyan ötən həftə yüzmilyonlarla dollar verilsə belə, Ermənistana heç kimin silah satmadığını bildirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar