Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabr 2022-ci ildə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Bu barədə Modern.az-a Baş Prokurorluqdan bildirilib.
"Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir. Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır", - rəsmi məlumatda vurğulanıb.