Modern.az

Ana və körpəsinin ölüm səbəbi MƏLUM OLDU

Ana və körpəsinin ölüm səbəbi MƏLUM OLDU

Aktual

4 Oktyabr 2022, 18:34

1985-ci il təvəllüdlü vətəndaş Abdullayeva Gülnar İlham qızı 2 oktyabr saat 04:04-də 40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi) diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

 

TƏBİB rəsmisi bildirib ki, qadın 2 oktyabr saat 10:40-da cinsi qız, çəkisi 2900q (qram), boyu 49 sm (santımetr) olan diri döl dünyaya gətirib.

 

"Ananın saat 15:15-də kəskin ağciyər, ürək-damar çatışmazlığı diaqnozi ilə, yenidoğulmuşun isə saat 11:55-də ağır asfiksiya, mekonial aspirasiya" diaqnozu ilə bioloji ölümü baş verib", - Z. Ədilova qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı