Modern.az

Ərdoğanla Paşinyanın görüşü dəqiqləşdi

Ərdoğanla Paşinyanın görüşü dəqiqləşdi

Aktual

5 Oktyabr 2022, 09:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk təkbətək görüş oktyabrın 6-da Praqada keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

 

Qeyd edilib ki, bu, münasibətlərin normallaşması prosesinin bərpasından sonra Türkiyə və Ermənistan liderləri arasında ilk təkbətək görüş olacaq.

 

Məlumata görə, hər iki tərəf görüş barədə razılığa gəlib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...