Modern.az

Ukraynada İranın daha 3 dronu vuruldu

Ukraynada İranın daha 3 dronu vuruldu

Aktual

8 Oktyabr 2022, 13:23

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Odessa və Nikolayev vilayətlərinə hücum edən Rusiyaya məxsus İran istehsalı 3 “Shahed-136” kamikadze dronlarını zərərsizləşdirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” hava komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

 

Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...