Modern.az

Ermənistanda keçmiş nazirin 210 obyekti aşkarlandı

Ermənistanda keçmiş nazirin 210 obyekti aşkarlandı

Aktual

8 Oktyabr 2022, 14:20

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri və maliyyə naziri olmuş Qaqik Xaçatryanın 210 obyekti aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, keçmiş nazirin obyektlərindən 60-ı paytaxt İrəvanda yerləşir.

 

Məlumatda qeyd olunub ki, Xaçatryanın və ona bağlı olan şəxslərin əmlakı müsadirə olunmalıdır. Bundan əlavə, prokurorluq 14 avtomobilin və 40 milyard dramdan çox pulun (99 milyon 441 min dollar) müsadirə edilməsi tələbini irəli sürüb.

 

Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınıb.

 

O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb.

 

Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub.

 

Xaçatryan Sarkisyanın komandasının əsas siyasi fiqurlarından olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı