Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini qeydiyyata alıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan MSK-dan bildirilib.
Tokayevin namizədliyinin ölkə Konstitusiyasının “Seçki haqqında qanun”unun bütün tələblərinə uyğun gəldiyi qeyd olunub.
Xatırladaq ki, bu il noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.