Modern.az

İranda 335 yeni yoluxma - 7 nəfər öldü

İranda 335 yeni yoluxma - 7 nəfər öldü

Aktual

8 Oktyabr 2022, 15:20

İranda ötən sutka ərzində 335 nəfər koronavirusa (COVID-19) yoluxub, daha 7 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.

 

Məlumata görə, İranda virusdan ölənlərin sayı 144 478 nəfəri keçib, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 122 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Qonşu ölkədə indiyədək 7,32 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,2 milyon təşkil edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı