Modern.az

2 tondan çox narkotik dövriyyədən çıxarılıb

2 tondan çox narkotik dövriyyədən çıxarılıb

Aktual

8 Oktyabr 2022, 16:44

Narkotiklə əlaqəli 7 344 fakt üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

Modern.az xəbər verir ki, daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7 344 fakt aşkarlanıb. Bu faktlar üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.

 

Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı