"WhatsApp" messenceri bir dəfə görülə bilinən foto və videoların ekran görüntüsünü çəkməyi qadağan edib.
Modern.az xəbər verir ki, indi isə tərtibatçılar istifadəçilərin digər telefondan birdəfəlik baxmaq üçün nəzərdə tutulan foto və videolar çəkməyi mümkünsüz edən funksiya üzərində çalışır.
Belə ki, bir dəfə görülə bilinən fotonu başqa cihazla çəkməyə cəhd etsəniz, bu zaman telefonun ekranında yalnız qara fon peyda olacaq.
Sözügedən funskiya tezliklə "Android" və "iOS" sistemlərində çalışan bütün mobil cihazlarda əlçatan olacaq.