Modern.az

Krım körpüsündə hərəkət bərpa olundu

Krım körpüsündə hərəkət bərpa olundu

Aktual

8 Oktyabr 2022, 17:34

Bu gün partlayış baş vermiş Krım körpüsündə avtomobillərin hərəkəti bərpa olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov bildirib.

 

Onun sözlərinə görə, nəqliyyat vasitələrinə yoxlama məntəqələrində baxış keçirildikdən sonra onların hərəkətinə icazə verilir.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə güclü partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar