Modern.az

Baş Prokurorluq mina partlayışları barədə məlumat yaydı

Baş Prokurorluq mina partlayışları barədə məlumat yaydı

Aktual

8 Oktyabr 2022, 21:57

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdam və Füzulidə mülki şəxslərin minaya düşməsi barədə məlumat yayıb.

 

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

 

Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

 

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

 

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar