Modern.az

Vətəndaşı kiber üsulla talayan şəxs TUTULDU 

Vətəndaşı kiber üsulla talayan şəxs TUTULDU 

Aktual

8 Oktyabr 2022, 23:01

Vətəndaşın bank kartından 725 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cü il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.

 

Araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar