Modern.az

22 pensiyaçını öldürən cinayətkar yaxalandı 

22 pensiyaçını öldürən cinayətkar yaxalandı 

Aktual

9 Oktyabr 2022, 00:52

ABŞ-ın Texas ştatında iki yaşlı qadını qətlə yetirdikdən sonra qiymətli əşyalarını oğurlayan 49 yaşlı Billi Çemirmir saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

 

Araşdırmalar zamanı onun daha 20 nəfəri öldürdüyü məlum olub.

 

87 yaşlı Meri Bruks və 81 yaşlı Luti Harrisin həyatına son qoyan cinayətkarın iki il ərzində təqaüdçüləri öldürdüyü, onların əşyalarını oğurladığı bildirilir.

 

Qurbanlardan biri sağ qala bilib. 91 yaşlı zərərçəkmiş deyib ki, naməlum şəxs onun arxasınca evə gəlib, mənzilinə daxil olub, onu yastıqla boğmağa cəhd edib, sonra qızıl-zinət əşyalarını alıb.

 

Billi Çemirmirin 22 qurbanını eyni yolla öldürdüyü güman edilir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı