Modern.az

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Aktual

9 Oktyabr 2022, 08:00

Ukrayna ordusu Xerson vilayətinin Berislav rayonunun Şevçenkovka kəndini işğaldan azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib.

 

"Ukrayna bayrağı yenidən bu yaşayış məntəqəsi üzərində dalğalanır. Artıq terror törədən və öldürən Rusiya işğalçıları yoxdur. İnsanlar üçün ən pis günlər arxada qalıb", - Yanuşeviç sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, yaşayış məntəqəsində dinc həyatın bərpası istiqamətində işlərə başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar