Modern.az

ABŞ-ın hərbi bazası raketlə vuruldu

ABŞ-ın hərbi bazası raketlə vuruldu

Aktual

9 Oktyabr 2022, 08:06

ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə tutulub. Zərbə nəticəsində xəsarət alan olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

 

"Raket kompleksin daxili hissəsini vurmayıb. Ölən və yaralanan olmayıb, heç bir obyekt və ya avadanlıq zədələnməyib", - açıqlamada deyilir.

 

Qeyd olunub ki, Mərkəzi Komandanlığın qüvvələri insidentlə bağlı araşdırma aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı